Spa və Fitnes mərkəzi
Oteldə Spa və Fitnes mərkəzi fəaliyyət göstərir. Burada siz trenajor zalında idmanla məşğul ola, hovuzda üzə, rahatlandırıcı və massaj duşu qəbul edə bilərsiniz. Həmçinin, oteldə türk, rus və fin  hamamı vardır. Məşqlərdən və su prosedurlarından sonra sizə təcrübəli asiyalı massajistlər xidmət göstərirlər. Azərbaycan Asiya, Şərq və Avropa mədəniyyətlərinin qovuşduğu bir məkandır. Otelimizdə siz bu vəhdətdən meydana gələn yüksək keyfiyyətli xidmətdən yararlana biləcəksiniz.